20 Yanvar metrosunun düz yaxınlığında, ASP-nin binasında (Melissada, Yelobankanın arxası) 3 otaqlı ev kirayə verilir. Metroya piyada 3 dəqiqəlik yoldur.
Yeni tikilidir, 19 mərtəbəlinin 12-ci mərtəbəsidir. 117 kvadrat, yelçəkən (skvaznoy) mənzildir. İki dənə təzə təmirli balkonu var, həyətə baxır.
Evdə yaşayış üçün hər bir şərait və əşyalar var (paltaryuyan, qabyuyan, kondisionerlər və s.). Binanın altında 3 mərtəbəli parkovkası, geniş liftləri və həyətində hər cür mağazası, idman zalı var. Giriş-çıxış çox rahatdır.
Qiymət: 1150 AZN/ay. Komunal pulu (38 manat) əlavədir.
Yalnız səliqəli, normal ailəyə verilir və 1 aylıq pulu depozit kimi tələb olunur.