Şəhərin ən gözəl və prestijli premium yaşayış komplekslərindən biri olan Lake City Yaşayış Kompleksi-də yerləşən qanuni 2 otaqlı studio tipli mənzil satışa təqdim olunur.
59 kv.m sahəyə malik olan mənzil keyfiyyətli və zövqlə təmir olunub, tam əşyalıdır və möhtəşəm göl mənzərəsinə sahibdir. Mənzilin geniş və funksional planlanması ailə yaşayışı üçün ideal şərait yaradır.
Kompleks premium yaşayış standartlarına cavab verir:
Açıq və qapalı hovuz
Fitnes zalı
Futbol meydançası
Uşaq oyun meydançası
Böyük yeraltı avtodayanacaq
3 ədəd sürətli Kone lift
Kompleksdə qaz, su və işıq daimidir.
İnfrastruktur baxımından olduqca əlverişli ərazidə yerləşir. Yaxınlığında supermarketlər, məktəb, beynəlxalq təhsil mərkəzi və uşaq bağçası mövcuddur. Şəhərin bütün istiqamətlərinə rahat çıxış imkanı var.
Premium yaşayış və komfort axtaranlar üçün əla seçimdir.
Xidmət haqqı 1%